Azərbaycanda qadın bələdiyyə sədri həbs olunur?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın bələdiyyə sədri həbs olunur?

Kriminal

11 Dekabr 2023 14:44 1311


Aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri ilə barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan “Yeni Sabah”a daxil olan xəbərə görə, toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!