Azərbaycanda qətldə ittiham olunan şəxs 4 illik həbsdən sonra bəraət aldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qətldə ittiham olunan şəxs 4 illik həbsdən sonra bəraət aldı

Kriminal

28 Dekabr 2023 13:37 3008


Qəsdən adam öldürmə ittihamı ilə 11 il azadlıqdan məhrum edilən şəxsin 4 il sonra təqsirsiz olduğu üzə çıxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə jurnalist Aytən Məmmədova məlumat yayıb.

Onun sözlərinə görə, sözügedən şəxs törətmədiyi cinayəti işgəncələrə məruz qaldığı üçün boynuna götürüb: pizza

“Qəsdən adam öldürmə ittihamı ilə 11 il azadlıqdan məhrum edilən, 2020-ci ilin fevralından həbsdə olan 50 yaşlı Polad İsmayılov 4 il sonra bəraət alıb. Şəki Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, bu adam təqsirsizdir, törətmədiyi cinayəti işgəncə nəticəsində boynuna götürüb.

Bu adamı aparıb qətl baş verən evdə etiraf videosu da çəkmişdilər, telekanallara yaymışdılar”.  

Jurnalist illərdir ki, bu işlə yaxından maraqlandığını qeyd edib:

“Vəkil Zabil Qəhrəmanov 4 il idi ki, bu işlə bağlı hüquqi müstəvidə mübarizə aparırdı. Vəkil günündə ona bundan böyük hədiyyə ola bilməzdi: qətl ittihamı ilə 4 ildir həbsdə olan şəxsin azadlığına nail oldu... 

Bu işə görə dəfələrlə özüm də Şəkiyə gedib-gəldim, prosesi izlədim. Elə gün olmuşdu ki, Şəkiyə gedib çatmışdım, məlum olmuşdu ki, təxirə salınıb. Avtovağzalda bir avtobusdan düşüb, o birinə minib qayıtmışdım. Amma günahsız bir adamın 4 il sonra azadlığa çıxmasını, ailəsinin sevincini görmək… Dəyərdi”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!