Azərbaycanda ruhi xəstə arvadını döyə-döyə öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ruhi xəstə arvadını döyə-döyə öldürdü

Hadisə

08 İyun 2022 12:15 1013


İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 5 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xızı rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, zərərçəkmişin əri Əbülfət Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bahar Mustafayevaya küt alətlə baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib.

Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb. pizza mizza

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib. 

Rəsmi məlumata görə, faktla bağlı istintaq davam edir.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!