Azərbaycanda sabiq bank sədri məhkəmə qərarından protest verdi

Azərbaycanda sabiq bank sədri məhkəmə qərarından protest verdi

Kriminal Veb saytların hazırlanması

01 Dekabr 2023 18:43 3664


Dövlət ittihamçısı “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyev barəsində olan hökmdən kassasiya protesti verib.

"Report"un məlumatına görə, Ali Məhkəməyə müraciət edən prokurorluq onun cəzasının ağırlaşdırılmasını istəyir.

Kassasiya protesti hakim Şahin Yusifovun icraatına verilib.

Məhkəmənin vaxtlı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Nəbiyevin barəsində Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) maddəsinə bəraət hökmü çıxarılıb. Digər - 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddə ilə ona şərti cəza verilib və E.Nəbiyev məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!