Azərbaycanda şagird öz həmyaşıdını “TikTok”a görə öldürdü   - Şok təfərrüat 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şagird öz həmyaşıdını “TikTok”a görə öldürdü - Şok təfərrüat 

Kriminal

07 Yanvar 2023 14:00 6351


Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatları məlum olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı dava və söyüş olub.

Belə ki, R.Süleymanovun çəkdiyi sosial videolara münasibət zamanı tərəflər arasında münaqişə yaranıb. Yaranmış münaqişə zamanı T.Abdullayev kəsici-deşici alətlə qətlə yetirilib. Marqarita pizza

Qətlə yetirilən Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri kəndində dəfn edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!