Azərbaycanda terrorçu cinayət başında saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda terrorçu cinayət başında saxlanıldı

Kriminal

17 Noyabr 2023 09:01 2067


Bakı şəhəri Səbail Rayon Məhkəməsində M.H.Hüseyinzadə barəsində Dövlət Təhlükəsizliyi Xidməti müstəntiqinin verdiyi vəsatətə baxılıb.

Trend xəbər verir ki, məhkəmənin qərarı ilə M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş materiallarından məlum olur ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib. pizza mizza

M.H.Hüseyinzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!