Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Kriminal

12 May 2023 16:17 1303


Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daşkəsən Rayon Prokurorluğu məlumat yayıb.

Rayonun Bayan kənd Mikayıl Mustafayev adına tam orta məktəbinin direktoru Məmməd Məmmədovun qanunsuz əməlləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Marqarita pizza

Araşdırma zamanı qeyd olunan təhsil müəssisəsində 2017-2023-cü illər ərzində dərs, məşğələ saatlarının qeyri-ixtisas müəllimlərə həvalə olunması və əsassız olaraq əmək haqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!