Azərbaycanda xəstəxananın şöbə müdiri qətlə yetirildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda xəstəxananın şöbə müdiri qətlə yetirildi - Foto

Hadisə

11 Yanvar 2023 00:32 1120


Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov bu gün axşam saatlarında bıçaqlanıb.

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb. pizza hut

B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, yolda dünyasını dəyişib.

Fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, B.Cabbarov 10.12.1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

Bir 1 nəfər şəkili ola bilər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!