Azərbaycandan növbəti humanist addım: Ordumuzun postuna gələn erməniyə yardım edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan növbəti humanist addım: Ordumuzun postuna gələn erməniyə yardım edildi

Hadisə

08 Yanvar 2023 18:10 1835


Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Yenisabah.az xəbər verir ki, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb.

Bu gün isə Şuşada Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndiyə yola salınıb. pizza

Qeyd edək ki, bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirib.

Digər tərəfdən isə erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı vəziyyətdə saxlandığının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!