Azərbaycanın 2 rayonu qarla örtüldü - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın 2 rayonu qarla örtüldü - FAKTİKİ HAVA

Sosial

27 Oktyabr 2024 09:52 22351


Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 27-si saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.

Yenisabah.az xəbər verir ki, səhər qərb rayonlarında yağıntı tədricən kəsilib, şərq rayonlaırında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan , Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm , Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub. Pepperoni pizza

Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!