Azərbaycanın bu ərazilərinə qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazilərinə qar yağır

Sosial

21 Oktyabr 2024 16:20 566


Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan (Saatlı), Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır. pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!