Azərbaycanın dostu olan alman deputat təyyarədə öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın dostu olan alman deputat təyyarədə öldü

Siyasət

22 Mart 2021 10:06 955


Almaniya Bundestaqının deputatı Karin Ştrens Kubadan Almaniyaya uçan təyyarədə ölüb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun partiyasının nümayəndəsinə istinadən DPA agentliyi bildirib.

Ştrens hakim "Xristian-Demokratik İttifaqı" Partiyasından bundestaqın deputatı olub. Onun ölümünü Bundestaqdakı həmkarı Laut Reberq də təsdiqləyib. Ştrens uçuş zamanı huşunu itirib, təyyarə Dublində təcili eniş edib, amma siyasətçinin həyatını xilas etmək mümkün olmayıb. pizza mizza

Əlli üç yaşlı Ştrens Bundestaqda 2009-cu ildən işləyib. O, müdafiə üzrə komitənin üzvü olub. Almaniya Bundestaqının deputatı parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Karin Ştrens Almaniya Bundestaqında Azərbaycana dost deputat kimi tanınırdı. O, bir neçə dəfə ölkəmizdə səfərdə olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!