“Azərbaycanın ədalətli davasında kim yanımızda olubsa...” –   Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın ədalətli davasında kim yanımızda olubsa...” – Millət vəkili

Siyasət

07 Dekabr 2020 23:32 1121


Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən işğaldan azad olunan ərazilərdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, indi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Onun sözlərinə görə, ilk növbədə Azərbaycan şirkətləri bu işlərdə iştirak edəcək, eyni zamanda bizim üçün dost olan ölkələrin şirkətlərinə də prosesdə iştirakçı olmaq üçün dəvət göndərilib. Dövlətimizin başçısı İtaliya şirkətlərinin də yenidənqurma işlərində fəal iştirak etməsini arzuladığını, İtaliya tərəfinə artıq bu təkliflər verildiyini dilə gətirib. Əsl dostluğun özünü çətin anlarda büruzə verdiyini xatırladan Prezident vurğulayıb ki, bu müharibə Azərbaycanın əsl dostlarının kimlər, hansı ölkələr olduğunu nümayiş etdirib. İtaliyalı deputatların Azərbaycana, o cümlədən Gəncə və Ağdama səfərlərinə toxunan İlham Əliyev bunu İtaliyanın Azərbaycana dost münasibətinin göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycan xalqı dostluğu hər zaman qiymətləndirir.

Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov Azərbaycana dost ölkələrin, o cümlədən İtaliya şirkətlərinin işğaldan azad olunmuş bölgələrdə bərpa işlərinə cəlb edilməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib. Millət vəkili Yenisabah.az-a açıqlamasında bildirib ki, 44 gün davam edən Vətən Müharibəsi sonda ərazi bütövlüyümüzün tam təmin edilməsi ilə yekunlaşıb. Onun sözlərinə görə, bu zaman müddətində biz həm dostlarımızı, həm də beynəlxalq hüququn əleyhinə çıxaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən ölkələri müşahidə etdik:

“Hələ Vətən Müharibəsi davam edən müddətdə ölkə başçısı bu məsələyə xüsusi toxunmuşdu ki, belə vaxtda biz dostumuzu da düşmənimizi də tanıyırıq. Biz Azərbaycanın yanında Türkiyə, Pakistan, İtaliya, Ukrayna kimi ölkələri gördük. Onlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün hər zaman Azərbaycana siyasi və mənəvi dəstək göstərdilər. Azərbaycan tam qələbə qazandı və artıq yeni perspektivlər, hədəflər var. Dekabrın birindən etibarən post-müharibə dövr başlayıb və  biz işğaldan təmizlənmiş torpaqlarımızı inkişaf etdirməliyik. Prezidentin də dediyi kimi, təkcə Azərbaycanın və bölgənin deyil, bu ərazilər dünyanın ən görməli yerinə çevriləcək. Bunun üçün bizim iqtisadi potensialımız var.  Həmçinin bizə dost olan ölkələr məhz bu ərazilərdə yenidənqurma işlərində, infrastrukturun yenilənməsində, sosial və turizm obyektlərinin tikintisində yaxından iştirak etməlidir. Birmənalı olaraq yerli şirkətlər və dost ölkələrin şirkətləri bu sahədə çalışmalıdırlar”.  pizza hut

Deputat söyləyib ki, İtaliyadan gəlmiş nümayəndə heyətinin tərkibində Azərbaycana təşrif buyurmuş qonaqlarla görüşdə də bu məsələyə xüsusi toxunulub:

“Əlbəttə ki, bu, çox vacib məqamdır. Cənab Prezidentimiz qeyd elədi ki, artıq onlara da biz müraciət ünvanlamışıq ki, italiyalıların hər hansı layihəsi varsa, İtaliyan şirkətləri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsinə müsbət baxırıq. Belə də olmalıdır. Çünki Azərbaycan xalqının ədalətli davasında kim yanımızda olubsa, həmin dövlətlərin şirkəti burada iştirak etməlidir. Onların burada hər hansısa layihəni həyata keçirməyə haqqı var. Bu baxımdan İtaliyan deputatların Ağdama, Gəncəyə səfəri və döyüş bölgəsindən uzaqda olan ərazilərdə ermənilərin törətdikləri vəhşilikləri öz gözləri ilə görmələri və daha sonra bunu ölkələrində öz xalqına, həmçinin dünya ictimaiyyətinə çatdırmaları bizim üçün vacib məqam idi. Bu, ancaq dost ölkənin ata biləcəyi addım idi və İtaliyadan gələn nümayəndə heyəti bunu etdi”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!