Azərbaycanın pandemiya imtahanı…

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın pandemiya imtahanı…

Sosial

01 Sentyabr 2020 17:53 1340


Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə davam edir. 

Yenisabah.az xəbər verir ki, pandemiya başlayandan dərhal sonra Azərbaycanın müasir səhiyyə infrastrukturunun yaradılmasına başlanılıb. Bu günə qədər 600 yerlik Yeni Klinika açılıb, 11 modul tipli xəstəxana inşa edilib. Bu xətəxanalarda çarpayıların sayı 4100-ə çatdırılıb. 

Bundan başqa, pandemiya dövründə 900 000-dən çox koronavirus testi keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Müasir laboratoriyaların sayı 45-ə çatdırılıb.  Toyuqlu pizza

Pandemiyanın iqtisadiyyata vurduğu zərərlərin qarşısının alınması, həmçinin isanların sosial vəziyyətinə mənfi təsirini azaltmaq üçün praktiki addımlar atılır. Rəsmi məlumatlara əsasən ötən müddət ərzində 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub.

Dövlət sektorunda, özəl sektorda işləyənlər, işsizlər, qeyri-formal işləyənlər, aztəminatlı təbəqə dövlət tərəfindən maddi dəstəklə təmin edilib.

Ekspertlərin fikrincə, Azərbaycan imkanlarına görə pandemiyan dövründə iqtisadiyyatı mümkün qədər qoruya bilib. Həmçinin sosial vəziyyətin ağırlaşmasına imkan verilməyib. Pandemiya dövründə sosial layihələr ardıcılı şəkildə həyata keçirilib. Bu baxımdan, hökumət xüsusi karantin rejiminin uzadılmasından narahat deyil. Halbuki bəzi ölkələr məhz iqtisadi böhran və sosial durumun ağırlaşması üzündən karantin rejimindən imtina etmək məcburiyyətində qalıblar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!