“Azərbaycanın yardımlarını unutmusan” – Bakı konsertini ləğv edən ŞİRKƏTİN Maksa CAVABI

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın yardımlarını unutmusan” – Bakı konsertini ləğv edən ŞİRKƏTİN Maksa CAVABI

Şou

15 Sentyabr 2022 15:40 1325


Ukraynalı pop ulduz Maks Barskixin cəbhədə baş verən son hadisələrlə bağlı Ermənistana dəstək verməsi onun dekabrın 10-da Bakı Konqres Mərkəzində keçirilməsi planlaşdırılan konsertinin ləvği ilə nəticələnib.  

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, müğənni konsertinin ləvği ilə bağlı sosial şəbəkə hesabında qalmaqallı status paylaşıb:  

“Biz Azərbaycanda keçirilməsi gözlənilən konsertimizi ləğv etmək qərarına gəldik. Başqasına qarşı təcavüzə yol verən hər hansı bir ölkə mənim konsertlərimin keçirilməsi üçün yer deyil”.   Marqarita pizza

Bunun ardından ulduzun konsertinin bilet satışı ilə məşğul olan “İtickets.az” şirkətinin Maksın yazdığı qərəzli paylaşıma cavabı gecikməyib: 

“Maks Barskix işğalçı ölkəyə - Ermənistana dəstək olaraq, təxribat xarakterli paylaşımından sonra “İticket” şirkəti saat 09:10-da bilet satışını dayandırıb və konserti ləğv edib.

Bundan sonra təşkilatçı sənətçinin meneceri ilə əlaqə saxlayıb və məlum olub ki, paylaşıma səbəb sənətçinin erməni ilə dostluğu olub.  

Qulaq as, Maks Barskix, deyəsən, dostlarından fərqli olaraq, Azərbaycanın Ukraynaya dəfələrlə humanitar yardım göstərdiyini unutmusan. Biz əminik ki, Ukrayna xalqı sənin kimi insanlarla həmrəy deyil".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!