“Azərbaycanla Ermənistan arasında...” - ABŞ rəsmisindən sülh müqaviləsi ilə bağlı   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanla Ermənistan arasında...” - ABŞ rəsmisindən sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

Siyasət

23 Yanvar 2024 01:45 818


ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün çalışacağıq”, - deyə o vurğulayıb. pizza sifarişi

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, dövlət katibi Entoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Ceyhun Bayramovu və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.

Daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixinin hələ razılaşdırılmadığını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!