Azərbaycanla Türkiyə arasında Bəyənnamə imzalandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla Türkiyə arasında Bəyənnamə imzalandı - Foto

Siyasət

17 Mart 2021 19:33 680


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında kənd təsərrüfatında müasir texnologiyaların ötürülməsi və aqrar təlim sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, sənədi Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli imzalayıb. Niyyət Bəyannaməsində Türkiyədə aqrar sahədə tətbiq olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və təcrübə mübadiləsinin aparılması, Türkiyədə mövcud olan müasir təlim metodologiyaları əsasında yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb. Bu məqsədlə birgə İşçi Qrupunun yaradılması və Fəaliyyət Planının işlənib hazırlanması nəzərdə tutulur.

Görüşün sonunda Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 10-cu iclasının protokolu imzalanıb.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!