Rusiyada məşhurlaşan azərbaycanlı bloqer Hüseyn Həsənov "Instagram" hesabında keçirdiyi yarışda qalib gələn şəxsə lüks avtomobili hədiyyə edib.
Yenisabah.az xəbər verir ki, sözügedən yarışda qalib Tacikistandan olan 17 yaşlı 11-ci sinif şagirdi olub.
Həmin gənc qohumu ilə birlikdə Moskvaya gəlib və blogerlə görüşüb. pizza sifarişi
Hüseyn ondan necə qalib olduğunu soruşduqda isə gənc heç bir şey etmədiyini, təsadüfi seçildiyini bildirib.
Qeyd edək ki, qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngdə, lüks “Lamborghini Urus” avtomobili yarışda mükafat olaraq qoyulmuşdu.



Telegram kanalımız