Azərbaycanlı əsgər morqda dirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı əsgər morqda dirildi

Sosial

29 Noyabr 2020 10:37 9843


Morqa aparılan azərbaycanlı əsgər dirilib.

“Yeni Sabah” Sonxeber.az-a istinadən xəbər verir ki, məlumata görə həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub. Bildirilir ki, o Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.

Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəşlərini təhvil götürməyə gəldikdə Elxanın xırıltısını eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər.  Sezar pizza

Xəstəxanaya aparılarkən maşını minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb. Hazırda Elxan, Bakı şəhərində reanimasiyada yatır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!