Azərbaycanlı iş adamı həbsxanada öldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı həbsxanada öldü - FOTO

Hadisə

14 Yanvar 2023 11:51 962


Rusiya həbsxanasında azərbaycanlı məhkum ölüb. 

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Tomsk həbsxanasında qeydə alınıb. 

Orada saxlanılan, 58 yaşlı Çingiz Nurəddin oğlu Əsgərov vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.  Pepperoni pizza

Qeyd edək ki, Ç.Əsgərov əvvəllər biznes fəaliyyəti ilə məşğul olub. Onun Bakıda və Rusiyada restoranları olub. 2008-ci ildə Rusiyada həbs edilən Ç.Əsgərov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 15 ilini geridə qoyan Ç. Əsgərovun yaxında həbsdən çıxması gözlənilirdi. 

Ç.Əsgərovun nəşi yaxın günlərdə Azərbaycana gətirilərək doğulduğu Salyan rayonunda torpağa tapşırılacaq. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!