Azərbaycanlı Qazaxıstanda deputat seçildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı Qazaxıstanda deputat seçildi

Siyasət

11 Yanvar 2021 18:00 829


Qazaxıstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib.

Yenisabah.az xəbər verir ki, Assambleyanın 9 üzvü parlamentə daxil olacaq.

Yeni seçilmiş deputatlar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var. Sezar pizza

Xatırladaq ki, Qazaxıstanda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, "Nur Otan" partiyası qələbə qazanıb. Növbəti yerlərdə "Ak Jol" və Qazaxıstan Xalq Partiyası gəlir.

Qazaxıstan parlamentində 107 deputat seçilir. Onlardan 98-i ümumxalq səsverməsi yolu ilə, 9-u isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən seçilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!