Azərbaycanlı qızları Türkiyədə əxlaqsızlığa cəlb edən qadından xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı qızları Türkiyədə əxlaqsızlığa cəlb edən qadından xəbər var

Kriminal

14 Avqust 2023 09:51 1305


İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın barəsindəki barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 15-nə təyin edilib.

Şikayət hakim Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq. Sezar pizza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Cəfərova 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub. 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!