“Azərenerji”dən  Silahlı Qüvvələrə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Azərenerji”dən Silahlı Qüvvələrə dəstək

Sosial

03 Oktyabr 2020 15:05 1115


Müzəffər Azərbaycan Ordusunun ərazi bütövlüyüyümüz uğrunda həyata keçirdiyi hərbi əməliyyatlara dəstək olaraq başlanan kampaniyada “Azərenerji” ASC də fəal iştirak edir. 

Yenisabah.az xəbər verir ki, “Azərenerji” ASC-nin rəhbərliyi və məsul vəzifələrdə çalışan şəxslər bir aylıq məvaciblərini Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər. Bundan əlavə səhmdar cəmiyyət cəbhəyə yardım karvanı aparıb. Eyni zamanda cəbhə bölgəsində gedən döyüşlərdə baş verən qəzaların aradan qaldırılmasında da səhmdar cəmiyyət imkanlarını səfərbər edib. Ən əsası isə “Azərenerji” ASC-nin 103 əməkdaşı səfərbər olaraq döyüşlərə qatılıb.

“Azərenerji”nin kollektivi Azərbaycan xalqına qələbə sevinci yaşatmaq əzmində olan Silahlı Qüvvələrimizlə qürur duyduqlarını bildirirlər. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!