“Azərpoçt” adından saxta SMS-lər göndərilir

saytların hazırlanması

Evə çatdırılma

“Azərpoçt” adından saxta SMS-lər göndərilir

Sosial

05 Noyabr 2024 22:05 426


“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, müxtəlif nömrələrdən vətəndaşlara mesajlar göndərilərək bağlamalarının müvəqqəti saxlanıldığı və geri qaytarılmaması üçün ünvan məlumatlarını saxta keçidə daxil olaraq yeniləmək bildirilir. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılmışdır. pizza sifarişi

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!