AZTV sədrindən şillə kimi sözlər: “Sizin xoruzunuzla işimiz yoxdur”   - Video

saytların hazırlanması

Evə çatdırılma

AZTV sədrindən şillə kimi sözlər: “Sizin xoruzunuzla işimiz yoxdur” - Video

Sosial

09 İyul 2024 09:04 2803


AZTV-nin rəhbəri Rövşən Məmmədov Merih Dəmiralın "Bozqurd" göstərməsindən sonra UEFA tərəfindən cəzalandırılmasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, dövlət televiziyasının rəhbəri UEFA-nın simvolunun xoruz, Türk simvolunun isə boz qurd olduğunu bildirib: "İndi biz nə edək? Bu, (xoruz) sizin rəmzinizdir, boz qurd isə bizim. Bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim qurda barmaq uzatmayın".

Rövşən Məmmədovun çıxışı Türkiyədə gündəm olub. TRT və bir neçə aparıcı kanal özünün xəbərlər proqramında AZTV-nin rəhbərinin çıxışına geniş yer ayırıb.  pizza sifarişi

AZTV sədrinin çıxışı qısa müddət ərzində minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb. Türkiyəli sosial şəbəkə istifadəçiləri obyektiv mövqeyinə görə Rövşən Məmmədova tərif yağdırıblar. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!