Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı

saytların hazırlanması

Evə çatdırılma

Babasının pulunu oğurladı, özünə telefon və paltar aldı

Kriminal

08 Fevral 2025 20:59 348


Astara rayonunda babasının evindən oğurluq etməkdə ittiham olunan gənc hakim qarşısına çıxarılıb.

Yenisabah.az xəbər verir ki, 24 yaşlı Qasım Əliyev (ad və soyad şərtidir) babasının sandığından 4500 manat dəyərində nağd pul və qızıl oğurlayıb.

İki azyaşlı uşağı olan Qasım babasının evinə gizli yolla girib. Toyuqlu pizza

Qasım oğurluq məqsədi ilə babasının evinə gələn zaman onların evdə olduğunu görüb. Həyətdəki digər tikilidə gecələyərək fürsət gözləyib. Babasıgil evdən çıxandan sonra pəncərədən daxil olaraq sandıqdakı pulları götürüb. Əldə etdiyi pulla özünə bir telefon və 70 manatlıq geyim alıb. Sonra Bakıya gedərək orada pulun bir hissəsini xərcləyib.

Polis əməkdaşları ona zəng edərək şöbəyə dəvət edib. Qasım əməllərini etiraf edib.

Məhkəmə istintaqı zamanı babası və nənəsi Qasımı bağışlayıb.

O, törətdiyi əmələ görə iki il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!