Karib arxipelaqı ölkəsi olan Baham adalarında tankerdən dənizə 30 min qallon (113,56 kubmetr) neft tökülüb.
Yenisabah.az xəbər verir ki, Baham adalarının baş naziri vəzifəsini icra edən Çester Kuperin verdiyi açıqlamaya görə, Sun Oil ilə müqavilə bağlayan The Arabian adlı tanker gəmisi Köhnə Dəniz Bazasının ərazisində yanacaq boşaldarkən neftin dənizə töküldüyü bildirilib.
Baş nazir səlahiyyətlərini icra edən Kuper bəyan edib ki, tankerdən sızan neft 30.000 qallon (113,56 kubmetr) olub, yanacaq isə Böyük Ekzuma adasındakı buxtada yığılıb. Dördpendirli pizza
Hadisə ilə bağlı nazirlə görüşdüyünü bildirən Kuper, problemin həlli üçün hökumətin bütün bölmələrinin təyin olunmasını tövsiyə etdiyini və rəsmilərin problemi ən qısa zamanda həll edəcəklərini bildirib.
Arxipelaq ölkəsi olan Baham adalarında yerləşən Böyük Exuma adası ağ qumlu çimərlikləri və təmiz mavi dənizi ilə məşhur turizm məkanıdır.
Telegram kanalımız