Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi

Sosial

22 Oktyabr 2024 20:22 309


"Azərbaycan Dəmir Yolları" (ADY) QSC sərnişin tələbatını təmin etmək məqsədilə oktyabrın 26-27-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Yenisabah.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

"Eyni zamanda Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz",- deyə ADY-nin məlumatında qeyd edilib. pizza

Məlumata görə, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!