Bakı-Kazan reysi ilə uçan təyyarə təhlükə ilə üzləşib? - AZAL-dan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Kazan reysi ilə uçan təyyarə təhlükə ilə üzləşib? - AZAL-dan AÇIQLAMA

Sosial

03 Yanvar 2025 22:21 1197


"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat Xidməti bəzi media resurslarında yayılan Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi barədə xəbərlərə münasibət bildirib.

AZAL-ın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən reys 2025-ci il yanvarın 1-də cədvələ uyğun şəkildə və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə həyata keçirilib.

Şirkət yayılan məlumatların həqiqətə uyğun olmadığını vurğulayıb və reysin heç bir təhlükə ilə üzləşmədiyini bildirib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!