Bakı metrosu ilə bağlı mühüm xəbər - İyunun 20-dən...

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu ilə bağlı mühüm xəbər - İyunun 20-dən...

Sosial

19 İyun 2024 12:13 1073


İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək. Toyuqlu pizza

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.

Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!