Bakı metrosu sabah gücləndirilmiş rejimə keçir

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu sabah gücləndirilmiş rejimə keçir

Sosial

23 Oktyabr 2024 15:11 413


Sabah "Bakı Metropoliteni" QSC-nin “Gənclik” stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu, “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədardır.

Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq. Marqarita pizza

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

Oyun başa çatdıqdan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!