Bakı metrosunda insident törədən şəxslər həbs edildilər

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda insident törədən şəxslər həbs edildilər

Kriminal

09 Yanvar 2024 18:08 673


Bir neçə gün əvvəl Bakı Metropoliteninin “28 May” stansiyasında xuliqanlıq əməli törətmiş iki nəfər həbs edilib.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxslər Nəsimi Rayon Məhkəməsinə aparılıblar.

Məhkəmənin qərarı ilə Masallı rayon Türkoba kənd sakini, 2002-ci il təvəllüdlü Azər Salahova (soyad şərtidir) 10 sutka, onun həmkəndlisi 2000-ci il təvəllüdlü Xanəli Məmmədova isə 15 sutka həbs cəzası verilib. pizza sifarişi

Araşdırmalar zamanı məlum olub ki, dostlar paytaxtın Yasamal rayonu ərazisindəki restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə metronun “20 Yanvar” stansiyasına daxil olan hər iki şəxs digər dostları ilə birgə “Həzi Aslanov” stansiyasına getmək istəyiblər.

Lakin onlar qatarda sərxoş halda səs-küy salmağa, insanları narahat etməyə başlayıblar. Qatarda olan mülki geyimli polis əməkdaşı onları “28 May” stansiyasında qatardan düşürüb və bu zaman dava-dalaş baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!