Bakı-Naxçıvan reysləri niyə təxirə salınıb? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Naxçıvan reysləri niyə təxirə salınıb? - Açıqlama

Sosial

04 Yanvar 2021 19:03 903


Naxçıvan aeroportunda güclü duman olması səbəbindən son 3 gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareysləri həyata keçirmək mümkün olmayıb.

Yenisabah.az bildirir ki, bunu APA-ya açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P. Kəsəmənski deyib ki, hava şəraiti normallaşdıqdan sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys bərpa olunacaq: “Bu halda AZAL bir gün ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə təxirə salınan bütün aviareysləri yerinə yetirəcək”. pizza mizza

Qeyd edək ki, son 3 gündə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 3 aviareys təxirə salınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!