Azərbaycan nə demokratiyanın inkişafında, nə də xarici siyasət sahəsində AŞPA və Aİ-nin məsləhətinə ehtiyacı olmayan müstəqil qüvvəyə çevrilib.
Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Kamran Həsənov bildirib.
O qeyd edib: "Bakı, Qərbə meyl edən Ermənistandan fərqli olaraq, çoxvektorlu siyasət yürüdür, Türkiyə, Rusiya, İranla əməkdaşlıq edir. Dördpendirli pizza
Prezident Əliyev bu yaxınlarda etiraf etdi ki, qonşu iki respublikadan fərqli olaraq o, Avropa İttifaqına üzv olmağa can atmır. Aİ-nin bölgədə heç bir təsir aləti yoxdur. Qarabağda Rusiya sülhməramlıları var və ərazi Azərbaycanın nəzarətindədir.
Deməli, avropalı deputatların və siyasətçilərin heç olmasa müəyyən sanksiyalara nail olmaq ümidi ilə Azərbaycan hökumətinə söz və kağızlarla təzyiq etməkdən başqa çıxış yolu yoxdur.
Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırdıqdan sonra çoxlarına aydın ola bilər ki, Rusiyanın bu strukturdan çıxması onun üzvlərinin “pis davranışı”nın nəticəsi deyil, təşkilatın özünün siyasiləşmiş və ayrı-seçkilikçi yanaşmasının nəticəsidir".
Telegram kanalımız