Bakı-Quba yolunda nə baş verib? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Quba yolunda nə baş verib? - AÇIQLAMA

Hadisə

04 Dekabr 2022 23:14 1157


Həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər edib və bu gün axşam saatlarında paytaxt istiqamətində qayıtmaları səbəbindən adıçəkilən yollarda müəyyən sıxlıq müşahidə edilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. pizza mizza

“Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”, - məlumatda qeyd edilib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!