Bakı sakini “Kalaşnikov”la saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Bakı sakini “Kalaşnikov”la saxlanıldı 

Kriminal

14 Aprel 2023 09:44 837


Bakı sakininin üzərində “Kalaşnikov” aşkarlanıb.

Yenisabah.az-ın məlumatına görə, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Əzizəliyev Orxan İnqlab oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.

Onun üzərinə baxış zamanı 1 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. pizza

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!