Bakı və Abşeronda yağış yağıb -   FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Abşeronda yağış yağıb - FAKTİKİ HAVA

Sosial

20 Dekabr 2024 09:52 242


Saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi şərq rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Xaçmaz, Şamaxı, Altıağac, Qubada 3 mm-dək olub. Pepperoni pizza

Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Tərtər, Sumqayıt, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!