Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.
Son zamanlar Rusiya rəsmilərinin Qarabağda fəaliyyət göstərən sülhməramlı kontingentin fəaliyyət müddətinin daha 5 il uzadılması ilə bağlı çıxışları diqqət çəkir. Son olaraq Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya” qəzetində dərc edilmiş müsahibəsində bu mövzuya toxunub. Dünən isə Azərbaycan Xarici İşlər Naziriyindən səfirin müsahibəsinə münasibət bildirilib.
Bəs görəsən rəsmi Bakı və Moskva arasında sülhməramlılar məsələsindəki fikir ayrılığı iki ölkə arasında siyasi fonda gərginliyə səbəb ola bilərmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Rusiyanın hazırki vəziyyətdə Azərbaycan və Türkiyə ilə münasibətlərini pisləşdirməsi real görünmür: Dördpendirli pizza
“Üçtərəfli bəyannamədə qeyd olunan müddət 2025-ci ilin 10 noyabr tarixində bitir. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin noyabrında Şuşada keçirilən tədbirdə hərbçilər qarşısında çıxış edərkən bildirdi ki, Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət müddəti 2025-ci ildə bitəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin dünənki açıqlamasında bu bir daha qeyd olundu. Rusiya sülhməramlıların Qarabağdakı fəaliyyət müddətini daha 5 il uzatmaq niyyətindədir və bunun üçün əlindən gələni edəcək. Lakin buna Azərbaycanın icazə verəcəyini düşünmürəm. Bu mövzuda Azərbaycan və Rusiya arasında müxtəlif formada polemika və gərginlik yarana bilər, amma hazırda Rusiya Ukrayna məsələsində gərgin durumdadır, digər tərədən Azərbaycan və Türkiyə ilə münasibətlərin pisləşməsi ona sərf etmir. Ona görə də, bu cür təzyiqlər uzunmüddətli davam edə bilməz”.
Ekspert sülhməramlıların Qarabağda qalma müddətinin uzadılmayacağı qənaətindədir.
“Çox güman ki, 2025-ci ilin noyabrında Rusiya hərbi kontingenti Qarabağdan tam şəkildə çıxacaq. Onsuz da 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatlarından sonra sülhməramlıların fəaliyyəti və müşahidə postları xeyli azaldı. Onların Qarabağda fəaliyyət məqsədləri orada yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı idi. Hazırda Qarabağda erməni icması yoxdur və onlar qayıtsalar belə, təhlükəsizliklərinin təminatında sadəcə Azərbaycan cavabdehdir”.
Nazim Hacıyev
Telegram kanalımız