“Bakı və Yerevan dəmir və avtomobil yollarını açmağa hazırlaşır” – Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Bakı və Yerevan dəmir və avtomobil yollarını açmağa hazırlaşır” – Nazir müavini

Dünya

04 Yanvar 2022 23:54 1062


Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün ən vacib istiqamətlərdən biridir. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Naxçıvana yolun açılması məsələsinin həllilə bağlı sualın cavabında bildirib.

Rudenkonun sözlərinə görə, üç ölkənin baş nazir müavinlərinin sədrliyilə üçtərəfli işçi qrupu vahid paket üzərində işi tamamlamaq üzrədir. Sənəd regionda dəmir yolu və avtomobil əlaqəsinin bərpasını nəzərdə tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!