Bakıda 17 yaşlı qız atasını niyə bıçaqlayıb? 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 17 yaşlı qız atasını niyə bıçaqlayıb? 

Kriminal

27 Dekabr 2023 13:09 1344


Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb. 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.  Dördpendirli pizza

Yenisabah.az-ın məlumatına görə, hadisə ilə bağlı qonşular İTV-yə bildiriblər ki, oxşar hadisə artıq bir neçə dəfə təkrarlanıb. 

İddialara görə, 17 yaşlı gənc tufeyli həyat tərzi sürüb. Bu səbəbdən də ögey atası ilə aralarında dəfələrlə münaqişə yaşanıb. 

Zərərçəkənin bacısı E.Xəliovun övladları ilə mehriban davrandığını bildirib. O əlavə edib ki, 17 yaşlı qız nişanlı olsa da 15 yaşında qoşulub qaçıb:

“Qardaşım mənə görə onu evdə saxlamışdı. Onun bir çox pis əməlləri olub. Mən hamısını danışmaq istəmirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!