Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın səkkizinci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb. Dördpendirli pizza
O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.
Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır./APA
Telegram kanalımız