Bakıda 21 avtobus gecikməklə hərəkət edir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 21 avtobus gecikməklə hərəkət edir

Hadisə

02 İyul 2022 18:35 915


Hazırda paytaxtın bəzi küçə və prospektlərin nəqliyyat vasitələrinin hərəkətində müşahidə sıxlıq səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə hərəkət intervalında gecikmələr var.

Bu barədə Yenisabah.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Vahid Dispetçer Mərkəzinin məlumatına əsasən, gecikmə ümumilikdə 19 müntəzəm marşrut xətti üzrə 21 avtobusda müşahidə olunur. Dördpendirli pizza

Qara-Qarayev prospekti Xalqlar dostluğu metrostansiyasından Neftçilər metrostansiyasına qədər 64, 15, 7A, 44, 60, 22, 11, 49, 40, 51, 81, 30 və 62 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Azadlıq prospekti-Zərifə Əliyeva küçəsi Neftçilər prospekti ilə kəsişməyə qədər Azneft dairəsi istiqamətində 10, 5, 88, 125, 127 və 18 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda isə 13-19 dəqiqə gecikmə var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!