Bakıda 3 nəfərin 276 min manatlıq zinət əşyaları oğurlanıb - DİN

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 3 nəfərin 276 min manatlıq zinət əşyaları oğurlanıb - DİN

Kriminal

27 Yanvar 2025 14:56 228


Bakının Nərimanov rayonunda 278 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, 6 kiloqram narkotik vasitə və 6 ədəd odlu silah aşkarlanıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Anar Niftəliyev və 31 yaşlı Fərid Zülfüqarov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. Bu şəxslər narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. Sezar pizza

Nərimanov rayonunda polis əməkdaşlarının həyata keçirdikləri digər tədbirlə ev və otellərdən silsilə oğurluqlar edən Aysel Zeynalova və Vüsal Zeynalov saxlanılıblar. Bu şəxslər paytaxt sakini olan üç vətəndaşdan ümumən 276 min manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat və 2 ədəd mobil telefon oğurlayıblar. A.Zeynalova oğurluq əməllərindən sonra hadisə yerlərini tərk edərkən kameralardan yayınmaq üçün xüsusi geyimlərdən istifadə edib.

Bundan başqa, Nərimanov rayonunda 2500 manat dəyərində moped oğurlayan əvvəllər məhkum olunmuş Şamil Şıxaliyev və Şirin İsmayılov da saxlanılıblar. Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı isə son bir neçə gün ərzində vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü polisə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!