Bigəhdə satışa çıxarılan 30 sot ərazidə tikilmiş möhtəşəm villa hamının marağına səbəb olub.
Yenisabah.az xəbər verir ki, kimə məxsus olduğu bilinməyən villa geniş ərazidə tikilib və hələ tam hazır deyil.
Villa özünəməxsus fərqli üslubda inşa edilib. Olduqca fərqli eksteryerə məxsus villada 2 qapalı və açıq hovuz, çay bağı, yay mətbəxi də var. Dominos pizza
2000 kvadrat metr ərazisi olan ikimərtəbəli mülk 10 otaqdan ibarətdir.
Satıcının sözlərinə görə, villa hələ təmir mərhələsində olsa da, təmir 2 aya yekunlaşacaq və əşyalarla birgə alıcıya təqdim edilir.
Mülkün qiyməti nə az, nə çox 6 milyon manatdır.
Əsmətxanım
Telegram kanalımız