Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib.
İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib. Toyuqlu pizza
Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Telegram kanalımız