Bakıda ağır QƏZA - 5 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağır QƏZA - 5 nəfər yaralandı

Hadisə

14 İyun 2022 11:55 989


Ötən gecə Binəqədi rayonu, Goradil-Novxanı yolunda baş vermiş avtoqəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. 

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, hadisə nəticəsində ağır yaralanmış iki nəfər Mərkəzin Reanimasiya şöbəsinə, bir nəfər Travmatologiya şöbəsinə yerləşdirilib, digər iki nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bildirilib ki, reanimasiya şöbəsinə yerləşdirilmiş 1980-ci il təvəllüdlü şəxsdə qabırğaların sınığı, burun sümüyünün sınığı, bud-çanaq oynağının çıxığı və 1986-cı il təvəllüdlü şəxsdə isə çanaq sümüklərində çoxsaylı sınıqlar diaqnozu qoyulub. Hər iki yaralının vəziyyəti ağır stabil qiymətləndirilir. Dominos pizza

Travmatologiya şöbəsinə yerləşdirilən üçüncü, 1999-cu il təvəllüdülü şəxsdə isə sol bud sümüyünün çıxığı diaqnozu qoyulub və hamilə olması nəzərə alınaraq, xüsusi müayinələrdən keçirilib. Hazırda yaralının vəziyyəti normal qiymətləndirilir. 

İlkin yardım göstərilərək evə buraxılan 1982-ci il təvəllüdlü şəxsdə dirsək sümüyünün sınığı, 1975-ci il təvəllüdlü şəxsdə isə baldır sümüyünün sınığı diaqnozu qoyulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!