Bakının Sabunçu rayonunda ölümlə və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, avtomobilin beton maneəyə çırpılması nəticəsində, 25 yaşlı Əliyev Elxan Ziya oğlu hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı xəsarət alan digər iki nəfər - 1999-cu il təvəllüdlü Çobanov Nurlan Hətəmxan oğlu və həmyaşıdı Abbasov Ceyhun Səyyad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir. Sezar pizza
Hadisənin təfərrüatı araşdırılır.
Telegram kanalımız