Bakıda arvadını öldürən 56 yaşlı kişi tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvadını öldürən 56 yaşlı kişi tutuldu

Kriminal

11 Fevral 2023 10:47 895


Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. 

Bu barədə Yenisabah.az-a Xəzər rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 11-i saat 7 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Pakizə Xudiyevanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Pepperoni pizza

1965-ci il təvəllüdlü Aydın Məmmədovun aralarında yaranmış münaqişə zamanı kəsici alətlə arvadını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Aydın Məmmədov şübhəli şəxs qismində tutulub. 

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!