Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edildi

Sosial

07 İyul 2024 14:09 667


Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı Fəxrəddin Nəsirov dəfn edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. Marqarita pizza

M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.

Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!