Bakıda bank kartından pul oğurlayanlar saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bank kartından pul oğurlayanlar saxlanıldı

Kriminal

01 Mart 2025 18:52 387


Fevralın 27-də Xəzər rayonu ərazisində bir nəfər itirdiyi bank kartından 556 manatının oğurlanması barədə polisə məlumat verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən tədbirlərlə əməli törətən şəxsin kimliyini müəyyən etmək mümkün olub. Dominos pizza

Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları bank kartından oğurluq edən 21 yaşlı Ə.Kərimovu müəyyən edərək saxlayıblar.

Rayon ərazisində bir nəfərə məxsus bank kartından 400 manat pul talamaqda şübhəli bilinən 55 yaşlı C.Cəfərov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!